Fransanın cənub-qərbində yerləşən Adrien Dübuşe adına Milli Farfor Muzeyi çərşənbədən cümə axşamına keçən gecə qarət edilib.
Zərər 9,5 milyon avro olaraq qiymətləndirilir. Bu barədə Fransanın "Paris Match" jurnalı məlumat yayıb .
"Oğurlanmış əşyalar Çin çinisinin müvəqqəti sərgisi çərçivəsində nümayiş etdirilib. Onlar fərdi şəxsə məxsusdur", - məqalə müəllifləri aydınlıq gətirib.
Muzeydən oğurluq faktı yerli vaxtla saat 3:30-da aşkarlanıb.
Mövsüm,
AzNews.az