Azərbaycan Tibb Universitetinə (ATU) yeni prorektor təyin olunub.
Bu barədə ATU-dan bildirilib.
Qeyd edilib ki, Anar Əzəm oğlu Ağayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Anar Ağayev 2001-2004-cü illər ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajer assistent, 2005-2008-ci illər baş müəllim, 2008-2017-ci illər dekan müavini, 2017-2022-ci illər dekan, 2018-2025-ci illər professor vəzifəsində çalışıb.
2022-2023-cü illər TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illər TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illər TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, 02.04.2025-ci ildən 03.09.2025-ci ilədək TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb.
A.Ağayev 2025-ci ilin 5 sentyabr tarixindən Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Anar Ağayevin atası mərhum Əzəm Ağayev də vaxtilə - 1985-1992-ci illərdə Azərbaycan Tibb Universitetində Tədris işləri üzrə prorektor vəzifəsində işləyib.
AzNews.az