Xorvatiya Respublikası “Arzuedənlər koalisiyası”nın təhlükəsizlik zəmanətləri çərçivəsində öz ordusunu Ukrayna ərazisinə göndərmək niyyətində deyil.
Bu barədə ölkənin müdafiə naziri İvan Anusiç Sloveniya ilə hərbi əməkdaşlıq haqqında bəyannamə imzalandıqdan sonra mətbuat konfransında bildirib.
"Biz hazır deyilik, Xorvatiya ordusunu Ukraynaya göndərmək istəmirik və planlaşdırmırıq", - Dnevnik.hr onun sözlərindən sitat gətirir .
Anuşiç əlavə edib ki, ölkə Ukraynaya başqa yollarla dəstəyini davam etdirəcək.
Mövsüm,
AzNews.az