Rusiya Baş nazirinin müavini: Azərbaycanla normal iqtisadi münasibətlərimiz var

6 Sentyabr 2025 09:26 (UTC+04:00)

"Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birini yaxşı başa düşür, hökumətlər və müəssisələr səviyyəsində konstruktiv şəkildə işləyirlər".

Aznews.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Azərbaycanla normal iqtisadi münasibətlərimiz var. Bunu təkrarlamaqdan yorulmuram. Bu yaxınlarda Həştərxanda Hökumətlərarası Komissiyanın iclasını keçirdik, burada hər iki tərəf iqtisadi problemlərimizin olmadığını vurğuladı. Biz bir-birimizi çox yaxşı başa düşürük. Burada hər şey yaxşı gedir", - Overçuk qeyd edib.