Suriya ilə bağlı dəhşətli kadrlar yayıldı- VİDEO

8 Sentyabr 2013 14:50 (UTC+04:00)
Suriyada mindən çox insanın olümü ilə nəticələnmiş kimyəvi silah tətbiqi ilə bağlı video-kadrlar ABŞ senatının üzvlərinə və konqresmenlərə nümayiş olunacaq. Anspress-in Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə CNN kanalı məlumat yayıb. Kanalın məlumatına görə, ABŞ Senatının Kəşfiyyat Komitəsi avqustun 21-də Suriyada kimyəvi hücumun nəticələrini təsvir edən 13 video-fakt əldə edib. Bu video kadrlarda insanların ağrılar içində qıvrandağı və usaqların dəhşətli ölümü fonunda vahiməli qışqırıqlar əksini tapıb.

Bu kadrlar Bəşər Əsəd rejiminə qarşı Barak Obama Administrasiyasının ABŞ-ın hərbi əməliyyatlara başlaması üçün konqresmenlərin dəstəyini qazanmaq üçün onlara nümayiş etdiriləcəyi bildirilir. Ağ Ev videolardakı kadrların həqiqiliyinin kəşfiyyat orqanları tərəfindən təsdiq olunduğunu iddia edir.

CNN-ə görə, bu videolar daha əvvəl Youtube-da yayılıb. Görüntülərin həqiqiliyi kəşfiyyat orqanları tərəfindən sübut olunmadıqca elə də diqqətləri üzərinə çəkmirdi. Bununla belə Ağ Ev konqresmenləri bu görüntülərlə inandıracağının çətin olacağı gözlənilir. ABŞ Konqresinin və ictimaiyyətinin Suriyaya qarşı hərbi əməliyyatları dəstəkləməsi üçün bu videoların müstəsna xidmətləri olacağını düşünən ABŞ-ın BMT-dəki sabiq səfiri Bill Riçardson bu vəhsiliyin qarşını almaq üçün güc tətbiqini zəruri hesab edib.

CNN yaydığı video kadrların həqiqi olduğunu iddia etməyib: "CNN müstəqil bir tele-kanal olaraq bu videoların həqiqiliyini təsdiq edə bilməz. Amma rəsmi dairələrin bu kadrların orijinal hesab etməsi üçün səbəbləri var".



AzNews.az