Nazir son 9 ayda Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb

7 Sentyabr 2025 12:16 (UTC+04:00)

Son 9 ayda Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlanıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, 8 dekabr 2024-dən bu yana 474 min 18 suriyalı ölkələrinə “təhlükəsiz, könüllü, ləyaqətli və nizamlı şəkildə” qayıdıb.

Nazirin sözlərinə görə, ümumilikdə 2016-cı ildən bu günə qədər 1 milyon 213 min 620 suriyalı ölkəsinə qayıdıb.

Yerlikaya əlavə edib ki, proses Köç İdarəsi rəhbərliyinin koordinasiyasında, aidiyyəti qurumların əməkdaşlığı ilə həyata keçirilir.