Qüdsün Ramot qovşağında iki naməlum təcavüzkar tərəfindən atışma nəticəsində dörd nəfər həlak olub.
Bu barədə The Times of Israel qəzeti məlumat yayıb.
Ən azı 15 nəfər yaralanıb. Zərərçəkənlərdən 5-nin vəziyyətinin ağır olduğu, qalanlarının isə yüngül xəsarət aldığı bildirilir.
Polisin məlumatına görə, hər iki hücumçu artıq məhv edilib, həkimlər hadisə yerində ilkin tibbi yardım göstərirlər.
Mövsüm,
AzNews.az