16 əfqan öldürüldü

8 Sentyabr 2013 18:00 (UTC+04:00)
ABŞ-ın endirdiyi hava zərbəsi 16 əfqanın ölümünə səbəb olub. Hava zərbələri Əfqanıstanın Kunar vilayətində baş verib.

Yerli polisin dediyinə görə, onların arasında 9 nəfər mülki şəxs olub. Pilotsuz təyyarə içərisində kəndlilər olan yük maşınına hücum edib.

Amma NATO əməliyyatda xüsusən hansı ölkənin hərbi hissəsinin iştirak etməsi haqqında informasiyanı gizlədir.(anspress)

AzNews.az