“Əsəd hələ uzun müddət hakimiyyətdə qalacaq“

8 Sentyabr 2013 18:30 (UTC+04:00)
Suriya ordusunun komandirləri 4 ay ərzində Prezidentin qiyamçılara qarşı kimyəvi silahdan istifadə etməyə icazə verməsinə çalışırdılar, lakin hər dəfə rədd cavabı alırdılar.

Ehtimal ki, avqustun 21-də kimvəyi silahla hücuma Bəşşar Əsəd tərəfindən icazə verilməyib. Bu barədə "Bild am Sonntag" qəzeti Almaniya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, nəşrin məlumatına görə, bu informasiyanı Almaniya Federal Kəşfiyyat Xidməti (Bundesnachrichtendienst - BND) əldə edib. Xeli vaxtdır, Aralıq dənizində, Suriya sahillərinə yaxın ərazidə Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Oker" yardımçı gəmisi radioelektron kəşfiyyatla məşğuldur.

Qəzetin məlumatına görə, Kəşfiyyat Xidməti ABŞ Suriyaya zərbə endirsə belə, Əsədin hələ uzun müddət hakimiyyətdə qala biləcəyini ehtimal edir.

BND-nin rəhbəri Gerhard Şindler isə bu həftə qapalı iclaslardan birində deyib ki, qanlı vətəndaş müharibəsi hələ bir neçə il davam edə bilər.

AzNews.az