“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək

9 Sentyabr 2025 15:51 (UTC+04:00)

1 oktyabr 2025-ci il tarixindən “Nar” şəbəkəsinə keçid edən “Naxtel” abunəçilərə müxtəlif tariflər üzrə 20%-dək endirim və güzəştlər təqdim olunacaq.

Bu barədə "Nar"dan məlumat verilib.

Bildirilib ki, ümumilikdə 12 ay müddətində qüvvədə olacaq endirimlər barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Naxtel” abunəçiləri 1 oktyabr – 1 dekabr 2025-ci il tarixlərində “Nar”ın Naxçıvan Muxtar Respublikası, o cümlədən Bakı və Gəncə şəhərlərində yerləşən xüsusi xidmət mərkəzlərinə yaxınlaşaraq mövcud nömrələrini öz adlarında saxlamaqla “Nar” şəbəkəsinə keçid edə bilərlər.

Abunəçilər xidmət mərkəzlərinin ünvanları və ətraflı məlumatla link vasitəsilə tanış ola bilərlər.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.