Allaha yaxın olmaq üçün qayalıqda yaşayan rahibin hekayəsi - FOTOSİLSİLƏ

8 Sentyabr 2013 19:30 (UTC+04:00)

Gürcü rahib Maksim Qavtaradze Allaha daha yaxın olmaq üçün 40 metr hündürlükdəki qayanın üzərində yaşayır.


Qayalığı yemək almaq üçün həftədə ancaq iki dəfə tərk edən rahib bunun üçün yüzlərlə pilləkan enib qalxmalı olur.

İlk dəfə 1994-cü ildə rahibin özü tərəfindən kəşf edilən qayalığın üzərində bir kilsə və ev tikilib.

59 yaşlı rahib hündür qayalıqda yaşamasının səbəbini belə izah edib: "Gəncliyimdə içki icib narkotik maddələr satırdım. Sonra buna görə həbsə düşdüm. O günlərdə göy üzünə baxmağı çox istəyirdim. Həbsdən çıxdıqdan sonra həyatımda böyük dəyişiklik baş verdi. Din xadimi oldum. Burda özümü Allaha daha yaxın hiss edirəm".

Elnarə
AzNews.az