Rusiya Müdafiə Nazirliyi dünən gecə Polşa və onun NATO müttəfiqləri tərəfindən Polşanın hava məkanını pozduqdan sonra vurulan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı açıqlama verib.
Nazirlik açıqlamasında Rusiyanın bəzi pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozduğuna dair iddiasını dəyərləndirib.
Açıqlamada Rusiya ordusunun ötən gün Ukraynanın bəzi şəhərlərində, o cümlədən Lvovda hərbi obyektlərə intensiv hücumlar təşkil etdiyi və bu hücumlarda PUA istehsal mərkəzləri də daxil olmaqla bütün hədəflərin vurulduğu bildirilib.
Hücumlarda istifadə edilən və Polşa sərhədini keçdiyi iddia edilən PUA-ların maksimum 700 kilometr uçuş məsafəsinə sahib olduğu ifadə edilən açıqlamada, "Ukraynadakı obyektlərə edilən intensiv hücumlar çərçivəsində Polşa ərazisindəki obyektlər hədəf alınmadı",-deyə qeyd edilib.
Bəyanatda Rusiyanın insidentlə bağlı Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduğu bildirilib.
Mövsüm,
AzNews.az