Tramp İsraildən Qətərə yeni zərbələr endirməməyi tələb edir

11 Sentyabr 2025 15:58 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahudan Dohada Fələstinin HƏMAS radikal hərəkatının liderlərinə hücumdan sonra Qətərə yeni zərbələr endirməmək öhdəliyini tələb edib.

Bu barədə mənbələrə istinadən Axios portalı məlumat yayıb .

Nəşrin məlumatına görə, Netanyahu Dohaya hücumdan əvvəl Tramp və ya onun baş müşavirlərindən heç biri ilə məsləhətləşməyib.

"Hücum təkcə İsrailin qlobal nüfuzuna deyil, həm də potensial olaraq Amerikanın nüfuzuna xələl gətirdi. Qətərin baş naziri Ağ Evə deyib ki, ölkəsi indi bu "xəyanət" hərəkətindən sonra Vaşinqtonla təhlükəsizlik tərəfdaşlığına yenidən baxacaq".

Mövsüm,

AzNews.az