ABŞ Belarusun Belavia aviaşirkətinə qarşı sanksiyaları ləğv edib.
Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Con Koul Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə bildirib.
"Mən burada tamamilə rəsmi şəkildə bildirmək istəyirəm ki, biz Belavia-ya qarşı sanksiyaları ləğv etmişik. Bu, rəsmidir", - BELTA onun sözlərindən sitat gətirir .
Koul qeyd edib ki, bu qərarı Amerika lideri Donald Tramp verib . Onun sözlərinə görə, sanksiyaların ləğvi də bütün aidiyyatı idarə və nazirliklər tərəfindən qəbul edilib.
Mövsüm,
AzNews.az