Fransada 104 deputat ölkə lideri Emmanuel Makronun impiçmenti ilə bağlı layihəni dəstəkləyib.
Bu barədə “Qeyri-itaətkar Fransa” partiyasının sədri Matilda Pano məlumat verib.
“Tarixi hadisə! 10 sentyabrda keçirilən xalq etirazlarının uğurundan sonra, ‘Qeyri-itaətkar Fransa’, ekoloqlar və kommunistlər partiyalarından olan 104 deputat respublika prezidentinin impiçmenti ilə bağlı təklifi imzaladı”, – deyə o, sosial şəbəkə X-də (keçmiş Twitter) yazıb.
Pano bildirib ki, ölkədə təzyiq artmaqda davam edir. O, həmçinin əlavə edib ki, Makron tutduğu vəzifəni tərk etməlidir.
Mövsüm,
AzNews.az