İlk köç karvanı Hadrut qəsəbəsinə çatıb, açarlar təqdim edilib - FOTO

12 Sentyabr 2025 20:11 (UTC+04:00)

Sentyabrın 12-də doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Hadrut qəsəbəsinə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu mərhələdə köçürülən 41 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.