Britaniyalı deputat Putini söydü FOTO

9 Sentyabr 2013 07:20 (UTC+04:00)
Böyük Britaniyada deputat Henri Smit öz "Twitter" profilində Rusiya prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadə işlədib. İngiltərənin baş naziri bu hərəkətinə görə, millət vəkili Henri Smiti qınayıb. O, mühafizəkarların partiyasından və Putinin ünvanına nalayiq sözlər yazan deputatı tənqid edib.

Henri Smit sentyabrın 6-da yazdığı statusunda Putinin ünvanına çox kobud ifadə (Putin is really tosser) yazıb. Tosser sözü müasir ingilis dilində son dərəcə nalayiq bir anlam (söyüş) ifadə edir. Belə ki, lüğəvi olaraq bu sözün bir sıra gizli mənaları var. Britaniyalı parlamentari Bəşər Əsədə dəstək verdiyi üçün Rusiya prezidentinə öz etirazını bu cür ifadə edib. Ona qarşı tənqidlər səsləndirilməsinə baxmayaraq, parlament üzvü öz fikrini dəyişdirməyib.

Qeyd edək ki, Smitin bu statusu Moskva ilə London arasındakı diplomatik gərginliyin yaşandığı bir dövrdə yazılıb. Həmin vaxt Rusiya prezidenti bəyan etmişdi ki, Rusiya Suriyaya qarşı hərbi əməliyyatlarda Dəməşqə kömək edəcək. Putin həmçinin qeyd etmişdi ki, müdaxilə olacağı təqdirdə Moskva Bəşər Əsədi silahlandıracaq, iqtisadi və hümanitar yardım üçün əməkdaşlıq edəcək.(anspress)

AzNews.az