"Space"dən 5 günə getdi

13 Sentyabr 2025 20:30 (UTC+04:00)

Son günlər məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn "Tik-toker" Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.

S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırılıb və o, işdən azad olunub.

S.Bəkirqızı məlumatı “Manset.az”a təsdiqləyib.

Xatırladaq ki, bu gün Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, S.Bəkirqızı bundan əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılıb.

AzNews.az