Noyabrın 1-dən Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxaracaq

14 Sentyabr 2025 12:32 (UTC+04:00)

Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarır.

Bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

AzNews.az