Tanınmış teleaparıcı AzTV-dən “Xəzər”ə keçdi

9 Sentyabr 2013 07:49 (UTC+04:00)
Tanınmış teleaparıcısı, əvəllər İctimai Televiziyada, sonralar isə AzTV-də efirə gedən "Ovqat" verilişinin aparıcısı Səyyarə Səyyaf artıq xeyli vaxtdır ekranlarda görünmür.

Hər kəsin maraqla izlədiyi "Ovqat" verilişinnin yayımına da fasilə verilib.
Səyyarə Səyyafın sentyabrdan yenidən AzTV-nin efirinə qayıdacağı gözlənilsə də, aparıcını bundan başqa telekanalda görəcəyik.

Yay məzuniyyətini başa vuran Səyyarə Sərraf bu ay yenidən efirə qayıdacaq, amma AzTV-də deyil, "Xəzər" TV-də.

S.Səyyaf "Xəzər" hazırda televiziyasında yeni layihə üzərində işləyir, bununla bağlı çəkilişlərə də start verilib. Teleaparıcının mahiyyət etibarı ilə ədəbiyyat, poeziya, musiqi tipli yeni verilişinin adı tezliklə bəlli olacaq.(modern.az)

AzNews.az