Ağcabədi sakini doğma əmisi oğlunu öldürdü

9 Sentyabr 2013 08:17 (UTC+04:00)
Ağcabədi rayon sakini doğma əmisi oğlunu bıçaqlayaq öldürüb.

Ağcabədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 8-də gecə saat 00:30 radələrində Ağcabədi şəhər sakini 1982-ci təvəllüdlü Yasin Məmmədov qonşuluqda yaşayan əmisi oğlu 1987-ci təvəllüdlü Bəhruz Məmmədova yaşadığı evdə bir neçə bıçaq zərbəsi endirib.

Xəsarət alan Bəhruz Məmmədovu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər və o, xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, qətlin hansı səbəbdən törədildiyi araşdırılır.

AzNews.az