Varşavada PUA zərərsizləşdirilib

15 Sentyabr 2025 23:35 (UTC+04:00)

“Dövlət Mühafizə Xidməti bu yaxınlarda hökumət binaları (Parkovaya küçəsi) və Belvedere sarayı üzərində fəaliyyət göstərən pilotsuz uçan aparatı zərərsizləşdirib”.

APA xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

O həmçinin bildirib ki, hadisə ilə bağlı iki Belarus vətəndaşı saxlanılıb, polis hadisənin başvermə şəraitini araşdırır.