ARDNF-dən büdcəyə transfertlər 1.7 milyard manat azaldılır

16 Sentyabr 2025 10:20 (UTC+04:00)

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 750 milyon manat proqnozlaşdırılır.

Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.

Məlumata görə, bu göstərici 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,95% və ya 1 milyard 731 milyon manat azdır.

Xatırladaq ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində yəni 38 milyard 423 milyon manat nəzərdə tutulur ki, bunun da 42,6 faizi vəya 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22 milyard 73. milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

AzNews.az