Estoniya Rusiya ilə sərhəd yaxınlığında xəndəklər qazır

16 Sentyabr 2025 13:31 (UTC+04:00)

Estoniyanın cənub-şərqində, Rusiya ilə sərhədə yaxın ərazidə 40 km uzunluğunda tank əleyhinə xəndək qazmağa başlayıblar.

Bu barədə respublikanın dövlət teleradio şirkəti ERR məlumat yayıb.

“2027-ci ilin sonuna qədər biz 40 km-dən artıq tank əleyhinə səngərlərə, həmçinin 600-ə yaxın bunkerə hazır olmalıyıq”, - Müdafiə Qüvvələri Baş Qərargahının mühəndis-inspektoru bildirib.

Nəşrin məlumatına görə, sərhəd hasarının yaxınlığında arx və bunkerlərlə yanaşı, “əjdaha dişləri” və kəsici məftillər də quraşdırılacaq. Şimal-Şərqi və Cənub-Şərqi Estoniyada dayaq məntəqələrinin yaradılması da planlaşdırılır.

Mövsüm,

AzNews.az