Bərdədə narkotikdən istifadə və kriminal həyat tərzini təbliğ edən şəxs saxlanılıb

16 Sentyabr 2025 16:34 (UTC+04:00)

Bərdədə polis narkotiklərdən istifadə və kriminal həyat tərzini təbliğ edən şəxsi saxlayıb.

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və kriminal həyat tərzini təbliğ edən şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 40 yaşlı İmadi Abduləzimov saxlanılıb.

Qeyd edilən faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İ.Abduləzimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az