Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

16 Sentyabr 2025 17:49 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı yola salıb.

AzNews.az