ABŞ və Qətər müdafiə əlaqələrinin gücləndirilməsini müzakirə ediblər

16 Sentyabr 2025 18:55 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Doha-Vaşinqton müdafiə əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

Bu barədə Reuters məlumat yayıb.

Rubio, "Qətərlə sıx tərəfdaşlığımız var. Bizim gücləndirilmiş müdafiə sahəsində əməkdaşlıq sazişimiz var ki, o, yekunlaşmaq üzrədir", - deyə qeyd edib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari görüşdən sonra bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Dohada Fələstinin Həmas hərəkatının rəhbərliyinə zərbə endirməsi ABŞ və Qətər arasında ortaq müdafiə razılaşmasının zəruriliyinə işarə edir.

Mövsüm,

AzNews.az