BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, İsraili Qəzza zolağının dağıdılmasını dayandırmağa çağırıb.
“Tamamilə aydındır ki, bu qırğın dayandırılmalıdır. Mən İsraili Qəzzanın mənasız dağıdılmasını dayandırmağa çağırıram”, - Türk deyib.
Komissarın sözlərinə görə, bir çox ölkələr İsraili sülhə çağırır, lakin münaqişə daha da kəskinləşir, bu müddət ərzində Qəzza zolağının əhalisi humanitar yardımın çatışmazlığından sağ çıxmaya bilər. O əlavə edib ki, son günlər mülki əhalinin hücumlardan sığındığı şimal-qərb bölgələrinə hücumlar artıb.
Mövsüm,
AzNews.az