Azərbaycan-BƏƏ Birgə Biznes Şurası yaradılacaq

16 Sentyabr 2025 19:04 (UTC+04:00)

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Aznews.az xəbər verir ki, anlaşma memorandumu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri çərçivəsində imzalanıb.