Şuşa Zəfər Muzeyi layihələndiriləcək

16 Sentyabr 2025 20:13 (UTC+04:00)

Şuşa Zəfər Muzeyinin layihələndirilməsinə başlanılır.

Aznews.az xəbər verir ki, görüləcək işlər çərçivəsində tikinti üzrə layihə-smeta sənədləri hazırlanacaq və məzmunun hazırlanması işləri aparılacaq.

Belə ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını “ArtCloud Network International s.c.r.l.” şirkətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1 011 110 manat ödənilib.