Çexiya hökuməti Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi ləğv edib.
Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat verib.
“Bu gün hökumət mənim təklifim əsasında Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizanın tətbiqini təsdiqlədi. Biz insan haqlarına hörmətsizliyə, nümayişlərin zorla yatırılmasına və vətəndaş cəmiyyətinin zəiflədilməsinə cavab veririk”, – deyə Lipavski sosial şəbəkə X-də (keçmiş Twitter) yazıb.
Onun sözlərinə görə, bu addım gürcü diplomatları üçün qüvvədə olan vizasız rejimin dayandırılması deməkdir.
Mövsüm,
AzNews.az