Çində uçan avtomobillər arasında toqquşma baş verib

17 Sentyabr 2025 19:25 (UTC+04:00)

Çində hava şousunun məşqi zamanı iki uçan avtomobil toqquşub. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Elektrik şaquli qalxma və eniş (eVTOL) adlanan maşınlardan biri eniş zamanı alışıb, digəri isə təhlükəsiz şəkildə yerə çata bilib”, - nəşr yazır.

Maşınların bir-birinə çox yaxın uçduğu məlum olub. Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Mövsüm,

AzNews.az