Zelenski: Ukrayna üçün qarşıda iki plan var

17 Sentyabr 2025 20:02 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi ilə bağlı gündəmdə olan planları açıqlayıb.

Aznews.az xəbər verir ki, bunu V.Zelenski bu gün Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib.

"Bizim iki planımız var. Biri müharibəni bitirmək, digəri isə müharibənin xərclərini qarşılamaq üçün əlavə maliyyələşdirmə tapmaq. Bu müharibənin xərci, məsələn, bu gün üçün bir ilin qiyməti 120 milyard dollardır. 60-nı Ukrayna büdcəsi verir, digər 60-nı mən tapmalıyam. Ümid edirəm ki, biz bu müharibəni bitirəcəyik, amma hər halda, A planı - bitirmək, B planı - 120 milyardı təmin etməkdir", - Zelenski vurğulayıb.