Kürdəmirdə evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub

18 Sentyabr 2025 10:08 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinə Kürdəmir rayonunun Sığırlı kənd sakini Sərdarov Sərvan Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

FHN-nin Mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

AzNews.az