Ermənistan hökumətinin ölkənin viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarının Türkiyə hakimiyyətinin hər hansı tələbi və ya ölkənin xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana son səfəri ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, iki ölkə nümayəndələri arasında aparılan danışıqlar zamanı belə bir məsələ müzakirə olunmayıb və ola da bilməz.
"İndi onlar Türkiyənin tələblərindən və ya güzəştli həll yolundan danışırlar. Amma mən dedim ki, legitimlik bizim strategiyamızın açarıdır. Biz özümüz Ermənistanın ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri ilə tanımalıyıq və tanıyırıq", - Paşinyan vurğulayıb.
Mövsüm,
AzNews.az