ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfərinin ikinci günündə Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşüb.
Starmer Trampı qapıda qarşılayıb və daha sonra iki lider təkbətək görüş keçirib.
Gərgin təkbətək görüşdən sonra ikili birgə mətbuat konfransı keçirib.
Trampın Qəzza ilə bağlı açıqlamaları gündəm oldu.
Böyük Britaniyanın Fələstini tanıması qərarından danışan Tramp, "Etmək istədiyimiz işlər arasında təhlükəsiz İsrail üçün addımlar atmaq da var. Mən də girovların dərhal azad edilməsini istəyirəm. Bu vəhşi günlərdə müharibə dərhal dayandırılmalıdır",-deyə qeyd edib.
" Mən Fələstin Dövlətinin tanınması ilə bağlı Baş nazirlə razı deyiləm. Bu, nadir fikir ayrılıqlarından biridir. İsrail və Qəzza məsələsi mürəkkəbdir, lakin biz bunu həll edəcəyik. Oktyabrın 7-si dünyanın ən pis günlərindən biri idi. Girovların azad edilməsini istəyirəm. Girovların xilas edilməsini istəyirəm ", - o deyib.
Mövsüm,
AzNews.az