Federasiyada kütləvi istefa - KEÇMİŞ DEPUTATLAR VƏZİFƏDƏN AYRILDI

18 Sentyabr 2025 20:38 (UTC+04:00)

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin bir sıra üzvləri, eləcə də Azərbaycanın federasiyadakı nümayəndələri tutduqları vəzifələrdən istefa veriblər.

Aznews.az xəbər verir ki, həm Dünya Alpaqut Federasiyasındakı azərbaycanlı təmsilçilər, həm də Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyində olanlar kütləvi şəkildə istefa verib.

İstefa verən şəxslərin siyahısını sizə təqdim edirik:

DAF rəhbərliyi:

Prezident – Jalə Əhmədova
1-ci vitse-prezident – Könül Nurullayeva
Vitse-prezident – Anar Qurbanov
İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova
Katibliyin rəhbəri – Tünzalə Əzimova

Azərbaycan nümayəndəliyi:
Prezident – Fuad Quliyev
1-ci vitse-prezident – Mehman Səfərov
Vitse-prezident – Davud Davudov
Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

Məlumata əsasən, bu addımın səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqları olub.

AzNews.az