Fransada kütləvi etirazlar zamanı 180-dən çox şəx saxlanılıb.
Aznews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslərin 31-i Parisdədir.
Etirazlar zamanı ən azı 11 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Bundan əlavə, təxminən 10 aksiya iştirakçısı və 1 jurnalist yaralanıb.
Fransada keçirilən genişmiqyaslı etiraz aksiyaları “Hər şeyi blok edək” şüarı altında təşkil olunur və ölkə əhalisinin hökumətin təklif etdiyi sərt iqtisadi islahatlara etirazını əks etdirir.