Terror aktının qarşısı alındı - Türkiyədə

9 Sentyabr 2013 09:20 (UTC+04:00)
Dünən gecə Türkiyənin Diyarbəkir vilayətində ölkənin təhlükəsizlik qüvvələri tərəfindən terror aktının qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Star" qəzeti xəbər yayıb.

Nəşrin yazdığına görə, Diyarbəkir vilayətindəki Baqlar rayonununda yollardan birinin kənarında şübhəli bağlama aşkar edilib. Bağlamanının aşkar edildiyi yerə dərhal polis çağırılıb.

Hadisə yerinə gələn polislər bağlamada partlayıcı qurğu aşkar edərək onun zərərsizləşdiriblər. Faktla bağlı cinayət işi açılıb.

AzNews.az