Braziliya və Çin “Sülh dostları” birgə təşəbbüsü çərçivəsində yeni görüşə hazırlığa başlayıblar.
Braziliya prezidentinin baş müşaviri Selso Amorim bu barədə bildirib.
"Qrupun gündəliyi müəyyən etdiyimiz siyasi imkanlarla formalaşır. Təşəbbüslərimizin konstruktiv qalmasını təmin etmək üçün şəraitə uyğunlaşırıq. Hazırda yaxın gələcəkdə görüş üçün tarixləri və yerləri araşdırırıq", - məsləhətçi bildirib.
İclasda Avropa İttifaqı (Aİ) ölkələri iştirak edə bilər.
"Müşahidəçilərin siyahısı hər bir görüşə hazırlıq zamanı müəyyən edilir. Məsələn, Macarıstan və Slovakiya bizim işimizi izləməyə böyük maraq göstəriblər", - Selso Amorim qeyd edib.
Mövsüm,
AzNews.az