Avropa Komissiyası 19-cu anti-Rusiya sanksiyalar paketi çərçivəsində 45 rus və xarici şirkətə qarşı sanksiya tətbiq etməyi təklif edib.
Bu barədə AK prezidenti Ursula fon der Leyen məlumat verib.
“Biz həmçinin Rusiya və üçüncü ölkələrdən 45 şirkəti sanksiyalar siyahısına əlavə edirik”, - deyə fon der Leyen bildirib. Onun videomüraciəti Avropa Komissiyasının rəsmi saytında yayımlanıb .
Qeyd olunur ki, yeni sanksiyalar paketinə Ukrayna münaqişəsi ilə bağlı Rusiyanın xüsusi iqtisadi zonalarına (XİZ) investisiya qoyuluşunun qadağan edilməsi daxildir. Avropa Komissiyası həmçinin 2027-ci ilin yanvarına qədər Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına tam qadağa qoyulmasını təklif edib.
Mövsüm,
AzNews.az