Tramp yüksək ixtisaslı vizaların qiymətini qaldırıb

20 Sentyabr 2025 09:17 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp yüksək ixtisaslı əcnəbi işçilər üçün H-1B iş vizası üçün rüsumun 100 min dollara qədər artırılması haqqında sərəncam imzalayıb.

Aznews.az xəbər verir ki, bu haqda Ağ Evin şənbə günü elan etdiyi bəyanatda deyilir.

" Daxili təhlükəsizlik naziri, bu qərarın qüvvəyə mindiyi tarixdən etibarən 12 ay ərzində ABŞ-dan kənarda olan xüsusi peşə sahibləri üçün H-1B vizası ilə bağlı, 100 min ABŞ dolları məbləğində ödənişlə müşayiət olunmayan ərizələr üzrə qərar qəbulunu məhdudlaşdırmalıdır.", - sərəncamda deyilir.

Belə ki, Tramp 21 sentyabr 2025-ci il tarixindən etibarən bu növ vizaların verilməsinə 100 min dollarlıq rüsum ödənilmədiyi təqdirdə həmin şəxslərin girişinə bir illik məhdudiyyət qoyub.