KİV: İsrail hərbçiləri Suriyanın cənubunda əməliyyat keçiriblər

20 Sentyabr 2025 19:03 (UTC+04:00)

İsrail qüvvələri Suriyanın cənubunda yerləşən Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Əs-Samdaniya yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçiriblər.

"Aznews.az" xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, İsrail ordusunun patrul dəstəsi kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə avtomobili yoxlayıb.

Telekanaldan bildirilib ki, sentyabrın 19-da axşam saatlarında dörd zirehli maşından ibarət karvan Cənubi Suriyanın Deraa əyalətinin ərazisinə daxil olaraq orada reyd keçirib.