Azərbaycan səfirliyinin yanında “Ermənistan” ticarət mərkəzi - FOTO

9 Sentyabr 2013 09:43 (UTC+04:00)
Gürcüstanda Azərbaycan səfirliyinin yerləşdiyi küçədə fəaliyyətə başlaması ilə soydaşlarımızın narazılığına səbəb olan "Ermənistan" ticarət mərkəzi şəbəkəsini genişləndirir.

Səfirliyin yerləşdiyi Qorsoqalin küçəsində ilk mağazasını açan ticarət şəbəkəsi azərbaycanlıların etirazlarına baxmayaraq, biznesini genişləndirmək niyyətindədir.

"Бизнес-Грузия" saytının məlumatına görə, mağazalar şəbəkəsi Tiflisin başqa küçələrində də mağazalar açmaq niyyətini bəyan edib. Mağazalarda əsasən Ermənistan istehsalı olan mallar satılacaq.

Elnur
AzNews.az