Azərbaycanda su obyektləri - HÜQUQİ RƏY

4 Avqust 2025 14:25 (UTC+04:00)

Azərbaycan Respublikasının Su Məcəlləsi su obyektlərinin dəqiq tərifini verir və onların istifadəsi ilə bağlı bütün münasibətləri tənzimləyir.

Su obyekti dedikdə, yerin səthində və ya təkində suyun toplandığı, sərhədləri və ölçüləri müəyyən olan, özünəməxsus su rejiminə malik təbii landşaft və ya geoloji struktur nəzərdə tutulur. Yəni bu, həm çay və göl kimi görünən su mənbələri, həm də yerin altında gizlənmiş sular ola bilər.

Məcəllənin 4-cü maddəsinə əsasən, ölkədəki bütün sular Azərbaycan Respublikasının su fondu hesab olunur. Bu fond həm su ehtiyatlarını, həm də onların yerləşdiyi torpaqları əhatə edir və dövlət tərəfindən idarə olunur.

Yerüstü su obyektləri (Maddə 6) – yerin səthindəki bütün su mənbələrini əhatə edir. Buraya çaylar, göllər, su anbarları, hətta buzlaqlar və qar örtüyü də daxildir. Qanun həmçinin bildirir ki, bu obyektlər yalnız suyun özündən ibarət deyil – onların yatağı, dibi və sahili də həmin obyektin tərkib hissəsidir. Yerüstü sular eyni anda bir neçə məqsəd üçün istifadə oluna bilər: məsələn, həm içməli su kimi, həm suvarma üçün, həm də enerji istehsalı və istirahət məqsədilə.

Yeraltı su obyektləri (Maddə 7)- yerin dərinliklərində geoloji strukturların arasında toplanmış suları nəzərdə tutur. Buraya:

Sərhəd su obyektləri (Maddə 8) isə dövlət sərhədindən keçən və ya sərhəd boyunca yerləşən suları əhatə edir. Onlardan istifadə qaydaları təkcə milli qanunlarla deyil, həm də beynəlxalq müqavilələrlə müəyyən olunur. Bu, xüsusilə Kür və Araz kimi transsərhəd çaylara aiddir və qonşu dövlətlərlə əməkdaşlıq tələb edir.

Beləliklə, Su Məcəlləsi su obyektlərini həm yerüstü, həm də yeraltı mənbələri ilə birlikdə vahid sistem kimi qoruyur və onların istifadəsini qanunla tənzimləyir.

Məqalə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb. Fikir və mülahizələr müəllifə aiddir, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.