Prezidentliyə namizədlərə son xəbərdarlıq

9 Sentyabr 2013 09:50 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) prezidentliyə namizədlərə imzatoplama kampaniyası üçün verdiyi vaxt bu gün başa çatır. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev açıqlamasında bildirib ki, prezidentliyə namizədlər bu gün saat 18:00-dək imza vərəqlərini komissiyaya təqdim edə bilərlər.

İmza vərəqlərini MSK-ya təqdim edən və etməyən namizədlərin adları vaxt başa çatdıqdan sonra bəlli olacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən prezident İlham Əliyevin, Milli Şuranın vahid namizədi Cəmil Həsənli, deputat İqbal Ağazadə, Zahid Oruc və bir neçə namizədin imza vərəqləri MSK-ya təqdim olunub.(modern.az)

AzNews.az