"Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında qəza baş verib

21 Sentyabr 2025 12:05 (UTC+04:00)

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında qəza baş verib.

Apasport.az xəbər verir ki, bolidlərdən biri səddə çırpılıb.

"Trident" komandasının pilotu Martinius Stenşorn mübarizəni dayandırıb.

Onun avtomobili trasdan götürülüb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün başa çatacaq.

AzNews.az