İrəvanda İran ticarət yarmarkası keçiriləcək
9 Sentyabr 2013 10:09 (UTC+04:00)
Bu il oktyabrın 19-dan 22-dək İrəvanda İran ticarət yarmarkası keçiriləcək.
AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, yarmarkada iranlı istehsalçılar öz yeni məhsullarını nümayiş etdirəcəklər. Yarmarka İran və Ermənistana arasında bu ilun iyulunda imzalanan müqaviləyə əsasən baş tutacaq. 2012 –ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 317,7 milyon dollar təşkil edib.
Elnur
AzNews.az