İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gəlib

22 Sentyabr 2025 22:28 (UTC+04:00)

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlib.

Bu barədə APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.

AzNews.az