İran İnqilabı Keşikçiləri Korpusu İran-İraq müharibəsinin başlanması münasibətilə hər il keçirilən “Müqəddəs Müdafiə Həftəsi” hərbi paradının bu il keçirilməyəcəyini açıqlayıb.
Həmədan qərargah komandiri Hüseyn Zarei Kamal açıqlamasında bu il genişmiqyaslı toplantıların qadağan edildiyini qeyd edərək, İsraillə 12 günlük müharibədən sonra artan təhdidlərə diqqət çəkib.
"Biz hər il Müqəddəs Müdafiə Həftəsinin ilk günündə Silahlı Qüvvələrin paradını keçirirdik. Lakin bu il mövcud təhdidlər səbəbindən böyük toplaşmalardan və birbaşa ölkənin müdafiəsinə hazırlıqdan qaçmaq qərara alınıb", - Zarei Kamal bildirib.
Hər il sentyabrın 22-də İranda 1980-ci ildə başlayan İraq müharibəsi ilə bağlı bir həftəlik Müdafiə Həftəsi keçirilir.
Bu çərçivədə müxtəlif proqramlar, hərbi paradlar keçirilir.
Mövsüm,
AzNews.az